
Bu il Azərbaycanda fəaliyyət göstərən aqroparklarda
145 min ton ərzaqlıq buğda istehsalı proqnozlaşdırılır.
Foodinfo.az xəbər verir ki,bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
"2021-2022-ci illər ərzində aqroparklarda
147 min hektar torpaq sahəsi əkin növbəsinə cəlb edilib. Bunların
16,4 min hektarında təkrar əkinlər aparılıb. Əsas yanaşma suvarma suyuna qənaət edilməsi və müasir suvarma sistemlərinin tətbiqidir. Ötən il aqroparklarda
156 min ton buğda istehsal edilib ki, bunun da
89 min tonu ərzaqlıq buğda olub", - Z.Dibirov əlavə edib.