
Azərbaycanda son sutkada koronavirusa
280 yeni yoluxma faktı qeydə alınıb,
632 nəfər müalicə olunaraq sağalıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada
11 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
219 019 nəfər müalicə olunaraq sağalıb,
3064 nəfər vəfat edib. Hazırda
6 443 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
6 144, bu günə qədər isə ümumilikdə
2 347 951 test icra olunub.