
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları xidmət zamanı Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən "Nataktari" kafesini aşkarlayıblar.
Foodinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.
Ora baxış zamanı kafenin icarədarı
Ayaz Səlimov və daha
16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.