Aparılan araşdırmalara görə, bağırsaq mühitində mikrob və bakteriyaların müxtəlifliyi qocalmanın və daha yaşlı yaşlarda meydana gələ biləcək xroniki xəstəliklərin təsirlərini minimuma endirir.

 Foodinfo.az xəbər verir ki, “Developmental Cognitive Neuroscience” akademik tibb jurnalında dərc edilən yeni bir araşdırma bağırsağın insan sağlamlığı üçün əhəmiyyətinə dair təəccüblü məlumatları ortaya çıxarıb.

İnsan bağırsağında iltihaba səbəb olan pis bakteriyaların nisbəti ilə qocalmanın və idman performansının təsiri arasında güclü əlaqənin olduğu sübut edilib.

Buna uyğun olaraq, bağırsaqların vəziyyəti yaxşı olarsa, saçların ağarması, saç tökülməsi, dəridə qırışlar və xroniki xəstəliklər minimum səviyyədə görülür, bədənin fiziki vəziyyəti isə müəyyən dərəcədə özünü qoruyur və yaxşılaşmaya kömək edir. 

İnsan bağırsağı trilyonlarla dost və düşmən bakteriya ehtiva edən çox mürəkkəb bir quruluşa malikdir. Məlumdur ki, insanı xoşbəxt edən serotonin, dopamin, oksitosin, endorfin kimi hormonların 90 faizdən çoxu bağırsaqlarda istehsal olunur.

Xüsusilə təbii mayadan hazırlanan qatıq, təbii duzla (dəniz və ya qaya duzu) hazırlanmış ev sirkəsi, kefir, turşu, kimçi, təbii mayalı pendir, kombuça və s. kimi fermentləşdirilmiş məhsullar bağırsaq mühitindəki dost bakteriyaları böyük ölçüdə qidalandırır və gücləndirir.