
Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana ümumi dəyəri
567,72 min ABŞ dolları olan
333,48 ton diri iribuynuzlu mal-qara ixrac olunub.
Foodinfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, məhsulun həcmində illik müqayisədə
4,21 ton azalma qeydə alınıb.
Ötən ay Azərbaycan qonşu ölkədən
70,41 min ABŞ dolları dəyərində
51,9 ton diri qoyun və keçi də idxal edib. 2020-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana bu məhsulun ixracı həyata keçirilməyib.