20 yaşında görünən 60 yaşlı braziliyalı kişi müntəzəm idmanla cavan görünmənin sirrini açıqlayıb. Foodinfo.az bildirir ki, bu barədə “The Sun” məlumat yayıb.

Santa Catarina ştatının Florianopolis şəhərindən olan Neil Marino öz səhifəsində ona pensiyaçı kimi pulsuz park etməyə icazə verən sənədi göstərən video yerləşdirib.

Kişinin görünüşü bir çox istifadəçini heyran edib. Şərhçilər bildirirlər ki, braziliyalının üzündə demək olar ki, heç bir qırış yoxdur, o, əla fiziki formadadır və saçlarının ağarmasına baxmayaraq, sənəddə göstərilən yaşdan üç dəfə cavan görünür.

Leyla