Yumurta qabığı faydalıdır, çünki tərkibində çoxlu minerallar var. Bundan əlavə, bu məhsul osteoporozun qarşısını alır. 

 Foodinfo.az xəbər verir ki, diyetoloq, tibb elmləri doktoru Mariyat Muxina yumurta qabığının faydalarından danışıb və onun fosfor, kalsium, kalium, dəmir və maqnezium mənbəyi olduğunu vurğulayıb.

"Yumurta qabığı dayaq-hərəkət sistemi, sümüklər üçün faydalıdır. Yaşla insanlar, xüsusən də qadınlar osteoporoz riski ilə üzləşirlər. Sümüklərin möhkəm olması və sınıqların olmaması üçün qida rasionuna daim kalsium əlavə etmək lazımdır", - deyə Muxina izah edib.

Düzdür, istifadə etməzdən əvvəl qabıq sterilizasiya edilməlidir, çünki tərkibində "salmonella" və "E. coli" bakteriyaları ola bilər. Bunun üçün qabıqlar əvvəlcə yuyulub qurudulmalı, sonra isə sobada qızdırılmalıdır. Bundan sonra həkim qabığı üyütməyi və zövqə görə limon suyu ilə gündə bir çay qaşığı istifadə etməyi məsləhət görür.