Dünyada ən uzun və ən sağlam ömür sürən insanlar dedikdə ağla ilk gələn cəmiyyət yaponlar olur. Bəzi araşdırmalara görə, yaponların uzun ömür sürməsinin sirri istehlak etdikləri qidalarla bağlıdır. Buna görə də uzun və sağlam ömür sürmək üçün istifadə etdiyimiz hər bir qida xüsusi əhəmiyyət kəsb edir.

Foodinfo.az xəbər verir ki, rəngini tərkibindəki 'antosiyanin' piqmentindən alan bu qida həm desert, həm də qəlyanaltı olaraq istehlak edilir. Hər gün müntəzəm olaraq yediyiniz bu qida sayəsində uzun və sağlam ömür sürmək mümkündür.

Sağlam karbohidratlar arasında yer alan bənövşəyi kartof sağlamlığımız üçün çox faydalıdır. 

Tərkibindəki zəngin xüsusiyyətləri sayəsində yaşlanma əleyhinə təsirlər təqdim edir.

Eyni zamanda ürək-damar sağlamlığını dəstəkləyir və qan şəkərinin səviyyəsini yaxşılaşdırır. 

Bol lif ehtiva etdiyi üçün həzm sistemini də mükəmməl qoruyur.

Kalium və antioksidantlarla zəngin olan bənövşəyi kartof təkcə qan damarlarını gücləndirmir, həm də təzyiqi tarazlaşdırır. 

Bənövşəyi kartof tərkibindəki güclü antioksidantlar sayəsində kolon və döş xərçəngi kimi müxtəlif xərçəng növlərinin şansını azaldır. 

Güclü vitamin və minerallara malik olduğundan qaraciyərin sağlamlığını qoruyur və gücləndirir. 

Tərkibində karbohidratlar, nişasta və lif olduğu üçün toxluq hissini də artırır. 

Tərkibində qlüten olmadığı üçün çölyak xəstələrinin rahatlıqla istehlak edə biləcəyi qidalar arasındadır.