Terapevt, qastroenteroloq Olqa Pomoinetskaya qışda yemək üçün xüsusilə faydalı olan ətdən danışıb.

Söhbət qaz ətindən gedir.

Qastroenteroloqun sözlərinə görə, ətin qida dəyəri və keyfiyyəti baxımından qaz daha sağlamldır.

Qazın miyoqlobinlə zəngin tünd qırmızı əti də var. Bu, əzələlərdə olan və oksigenin toxuma hüceyrələrinə ötürülməsində iştirak edən bir proteindir.

 

Həmçinin, ekspertin fikrincə, qaz əti ona görə qiymətlidir ki, bu quş, məsələn, hər şeyi yeyə bilən ördəkdən fərqli olaraq, çox təmiz və yeməkdə seçicidir.

Bundan əlavə, qaz yağı qızartma üçün istifadə edilə bilər.

Leyla