İmmun sisteminin sağlam qalması üçün düzgün qidalanma əsas şərtdir. Foodinfo.az xəbər verir ki, britaniyalı dietoloq Emma Williams “Healthline” portalına verdiyi açıqlamada, C vitamini, beta-karoten və sink ilə zəngin meyvə-tərəvəzlərin immuniteti gücləndirdiyini bildirib.

Onun sözlərinə görə, portağal, kələm, yerkökü və nar immun sistemini infeksiyalara qarşı müdafiə edir. Dietoloq həmçinin, gün ərzində kifayət qədər su içməyi və şəkərli içkilərdən uzaq durmağı tövsiyə edib.

Mütəxəssis qeyd edib ki, təbii qidalardan istifadə etmək bədəni xəstəliklərə qarşı daha dayanıqlı edir.