Rusiya Səhiyyə Nazirliyinin Terapiya və Profilaktik Təbabət üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin ən yüksək kateqoriyalı kardioloqu Aleksandr Emelyanov gündə icazə verilən qəhvə miqdarını açıqlayıb.

Foodinfo.az xəbər verir ki, mütəxəssis AİF.ru saytına müsahibəsində deyib ki, sağlam insan üçün təhlükəsiz kofein dozası gündə üç fincan qəhvəyə bərabərdir.

Mütəxəssisin qeyd etdiyi kimi, kofein sinir sistemini həyəcanlandırır, nəbzi sürətləndirir, qan damarlarını daraldır, lakin kofeinin təsiri üç-altı saatdan sonra gedir, bundan sonra yorğunluq yaranır və iş qabiliyyəti azalır.

Kardioloqun fikrincə, böyüklər üçün təhlükəsiz kofein dozası gündə 400 mq-a qədərdir.

Həddindən artıq kofein yuxusuzluq, baş ağrısı, əsəbilik, sürətli ürək döyüntüsü, qan təzyiqinin artması və ürək ritminin pozulmasına səbəb ola bilər.

Fərid