Endokrinoloq  Natalia Tananakina böyüklər üçün gündəlik şəkərin təhlükəsiz dozasını açıqlayıb.

Foodinfo.az xıbər verir ki, bu barədə ekspert RIAMO ilə müsahibədə danlışıb. Bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı əlavə şəkər qəbulunu böyüklər üçün gündə 25 qramdan çox olmamaqla məhdudlaşdırmağı tövsiyə edir ki, bu da təxminən altı çay qaşığıdır.

Mütəxəssisin qeyd etdiyi kimi, şəkərdən sui-istifadə şəkərli diabetin, ürək-damar xəstəliklərinin, diş problemlərinin və digər sağlamlıq fəsadlarının inkişafına səbəb ola bilər.

Həmçinin tərkibində minimum miqdarda şəkər olan içki və qidaları seçmək tövsiyə olunur.

Leyla