Noxudun qovrulması ilə əldə edilən və ölkəmizdə ən çox sevilən qəlyanaltılardan biri olan noxud ləbləbisinin sağlamlığımıza olduqca çox faydası var.

 Foodinfo.az-ın məlumatına görə, noxud yüksək qida dəyərinə malik olduğu üçün orqanizmin ehtiyac duyduğu bəzi vitamin və mineralların çatışmazlığını kompensasiya edir. Xüsusilə idmançıların idmandan əvvəl istehlak etdikləri bu qidanın tərkibində natrium, kalium, kalsium, dəmir, zülal, lif, A vitamini və C vitamini var. 

AĞ LƏBLƏBİNİN FAYDALARI NƏLƏRDİR? 

Ağ qovrulmuş noxud mədədəki turşuluğu tarazlayaraq mədə yanmasına və turşluğa yaxşı təsir edir. Xüsusilə reflü, qastrit və xora kimi mədə xəstəliklərinin riskini azaldır. 

Pəhriz siyahısında ilk sırada yer alan ağ qovrulmuş noxud tərkibindəki lif sayəsində uzun müddət toxluq hissi keçirməyinizə və qısa müddətdə arıqlamağınıza kömək edir. Tərkibindəki az yağ sayəsində regional çəki artımının da qarşısını alır. Qidalanma mütəxəssisləri ağ noxudun tərkibindəki lif sayəsində arıqlamağa kömək etdiyini və xolesterin səviyyəsini tarazlaşdıraraq infarkt və insult kimi xəstəliklər riskini azaltdığını bildirirlər. Xüsusilə damar daralmasının qarşısını alır. Tərkibindəki antioksidantlar sayəsində orqanizmi qısa müddətdə təmizləyir və bərpasını dəstəkləyir. Bundan əlavə, tərkibindəki yağlar dəri hüceyrələrinin qısa müddətdə yenilənməsini təmin edir və qırış kimi dəri problemlərinin qarşısını alır.

Bədənin gündəlik protein miqdarını qarşılamaq üçün gündə bir boşqab qırmızı ət istehlak edilməlidir. Ancaq ət istehlak etməyənlər qırmızı ətin tələb etdiyi proteini qarşılamaq üçün gündə bir kasa ağ noxud istehlak edə bilərlər.

Kalsium sümük və dişlərin inkişafı üçün zəruri bir maddədir. Ağ qovrulmuş noxud tərkibindəki bu maddə sayəsində sümük sisteminin inkişafına töhfə verir. Xüsusilə inkişaf yaşında olan uşaqlar və hamilə qadınlar ondan istifadə etməlidirlər. Ana südünü artırma xüsusiyyətinə də malikdir. 

A vitamini sayəsində göz sağlamlığını da qoruyur. Noxud həm də natrium baxımından təsirli olan bir qidadır. Bu sayədə yüksək təzyiq kimi ciddi vəziyyətlərin qarşısı alınır.