Salatlarda istifadə olunan yağ növü onların orqanizmə təsirini dəyişə bilər. Foodinfo.az bildirir ki, bu barədə “Rimmarita” klinikasının baş həkimi, dietoloq Rimma Moisenko “Radio 1”ə müsahibəsində danışıb.

Ekspertin sözlərinə görə, ənənəvi vinaigrette salatında zeytun yağından istifadə daha məqsədəuyğundur. Çünki günəbaxan yağı omeqa-6 yağ turşuları ilə zəngindir və bu elementlər orqanizmdə iltihabi prosesləri təşviq edə bilər.

Moisenko vurğulayıb ki, omeqa-3 və omeqa-6 balansının pozulması orqanizmdə xroniki iltihablara səbəb ola bilər. Bu səbəbdən zeytun yağı daha faydalı hesab olunur.

O həmçinin qeyd edib ki, salatda istifadə edilən tərəvəzlər çox bişirilməməlidir. “Əgər salatı al dente – yəni azca bişmiş şəkildə hazırlasaq, bu zaman tərəvəzlər daha sərt və faydalı olur”, – deyə o bildirib.

Mütəxəssisin fikrincə, belə yanaşma həm salatın glisemik indeksini aşağı salır, həm də orqanizm üçün daha əlverişli qidalanma təmin edir.