Adi formada olan naringilərdən bezmisinizsə, ondan mürəbbə hazırlayın.

Tərkibi:

Naringi - 1 kq

Şəkər - 600 q

Su - təxminən 1 stəkan

Limon suyu – istəyə bağlı 50 ml.

Bişirmə üsulu:

Naringi mürəbbəsi vam odda hazırlanmalıdır. Əvvəlcə meyvəni sodalı suda isladıb süngərlə yüngülcə silmək məsləhətdir. Naringilərin qabığını soyun lakin qabıqları atmayın. Onları incə sürtgəcdən keçirin. Bu qarışığı bir qazan suya əlavə edin.

Dilimləri 2-3 hissəyə kəsin və və qabiqlar olan qazana tökün. Bu qarışığı orta istilikdə 30-40 dəqiqə bişirin.

Sonra şəkər, bir az vanil və ya darçın əlavə edin və mürəbbəni hərdən qarışdıraraq daha 20 dəqiqə bişirin.

Naringi mürəbbəsi hazırdır. Süfrəyə verməzdən əvvəl soyumasını gözləyin və üstünə darçın tozu səpin.

Nuş olsun.