
Qan təzyiqini normallaşdırmaq üçün bəzi təbii məhsullar effektivdir. Foodinfo.az bildirir ki, sarımsaq qan damarlarını genişləndirərək təzyiqi aşağı salır. Tərəvəzlər, xüsusilə ispanaq və kələm, kalium baxımından zəngindir və ürək funksiyasını dəstəkləyir.
Yabanı alma (ankuşka) iltihabı azaldaraq damar sağlamlığını qoruyur. Zəncəfil qan dövranını yaxşılaşdırır və təzyiqi tənzimləyir. Balıq, xüsusilə somon, omeqa-3 yağ turşuları ilə zəngindir və təzyiqə müsbət təsir edir. Qoz və badam kimi qoz-fındıqlar ürək sağlamlığını gücləndirir.
Çobanyastığı çayı stressi azaldaraq təzyiqin tənzimlənməsinə kömək edir. Mütəxəssislər duz qəbulunun azaldılmasını və bu məhsulların gündəlik menyuya daxil edilməsini məsləhət görür. Sağlam həyat tərzi ilə birgə təbii qidaların qəbulu təzyiqin idarə olunmasında mühüm rol oynayır. Bu qidalar qan damarlarının elastikliyini artırır və ürək ritmini normallaşdırır. Uzunmüddətli müalicəyə dəstək olaraq təbii məhsullar faydalı sayılır.
Təzyiqi yüksək olan şəxslər bu məhsullardan müntəzəm istifadə etməlidirlər.