
Rozmarin çayı beyinə qan axınını sürətləndirir və oksigenlə zənginləşdirir. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Anjelik Duval “Moskva 24” saytına açıqlamasında məlumat verib.
Ekspertin sözlərinə görə, bu bitki çayı yaddaşı gücləndirir, diqqəti artırır və ümumi iş qabiliyyətinə müsbət təsir edir. O qeyd edib ki, gün ərzində rozmarin çayı içmək yorğunluğu azaldır və orqanizmin tonusunu yüksəldir.
Mütəxəssis bildirib ki, tərkibindəki faydalı birləşmələr sayəsində rozmarin beyin fəaliyyətini aktivləşdirir və sinir sistemini sakitləşdirir. Duval əlavə edib ki, bu çay günə enerjili başlamaq və zehni yüklənmənin qarşısını almaq üçün ideal seçimdir.
Dietoloq zəncəfil kökü və adaçayını da tonik təsiri ilə faydalı hesab edir. Onun fikrincə, bu bitkilər də orqanizmi gücləndirir və immun sistemini dəstəkləyir.
Mütəxəssis tövsiyə edir ki, xüsusilə stressli və gərgin iş günlərində təbii bitki çaylarından istifadə etmək insanın psixoloji və fiziki vəziyyətini yaxşılaşdırır.