Avokado son illərdə “superfood” elan olunub və bunun səbəbi təkcə onun trend olmasında deyil, tərkibindəki zəngin faydalardır.

Foodinfo.az xəbər verir ki, avokadonun tərkibində bol miqdarda monodoymamış yağ turşuları var. Bu yağlar ürək-damar sağlamlığını qoruyur və pis xolesterolu (LDL) azaldır.

E, K, C, B5, B6 vitaminləri və kalium, folat kimi minerallarla zəngindir.

Həzm sisteminə kömək edir, toxluq hissi yaradır, arıqlama prosesini asanlaşdırır.

Eyni zamanda, lutein və zeaksantin göz sağlamlığını dəstəkləyir.

Baxmayaraq ki, avokado çox faydalıdır, amma bəzi insanlar onu yeyərkən diqqətli olmalıdırlar.

100 qram avokado təxminən 160-200 kalori edir. Pəhriz saxlayanlar çox miqdarda istifadə etdikdə arıqlamaq əvəzinə çəki ala bilər.

Lateksə və banan, kivi kimi meyvələrə allergiyası olan şəxslər avokadoya qarşı da həssas ola bilər. Bu, qaşınma, ödem, hətta nəfəs darlığı ilə nəticələnə bilər.

Bəzi insanlarda həddindən artıq avokado istifadəsi mədə bulanması və ya şişkinlik yarada bilər.

Həmçinin, avokado E vitamini ilə zəngindir və çoxlu miqdarda istifadəsi antikoaqulyant dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Bu halda həkimlə məsləhətləşmək lazımdır.

Avokado doğru miqdarda və düzgün şəkildə istifadə edildikdə sağlamlıq üçün əla bir seçimdir. Lakin onu "bütün problemləri həll edən möcüzəvi meyvə" kimi görmək də doğru deyil. Gündə yarım və ya 1 kiçik avokado kifayət edir.