Yaşlı insanların yaddaşı yaxşılaşdırmaq üçün qara giləmeyvə və yağlı balıq yeməyi məsləhətdir. Foodinfo.az bildirir ki, qaragilə və böyürtkən kimi giləmeyvə qan damarlarını gücləndirən, qan dövranını və beynin oksigenlə təminatını yaxşılaşdıran elementlərlə zəngindir.  

Bununla yanaşı, beyinin yaxşı işləməsi üçün aterosklerozun inkişafına mane olan omeqa-3 poli doymamış yağ turşuları olan qidalardan istifadə etmək vacibdir. Onların əksəriyyəti soyuq dənizlərin balıqlarında, məsələn, siyənəklərdə olur. Həmçinin yaddaşı yaxşılaşdırmaq üçün yaşlı insanların yumurta yeməkləri məsləhətdir.

Nurlan