
Stressə qarşı bədənin təbii müdafiə mexanizmini gücləndirən bir çox qida mövcuddur. Foodinfo.az xəbər verir ki, tünd şokolad serotonin səviyyəsini artıraraq əhvalı yaxşılaşdırır. Banan və yulaf isə B6 vitamini ilə zəngindir və sinir sisteminə sakitləşdirici təsir göstərir.
Yaşıl çayda olan L-teanin maddəsi rahatlıq yaradır. Badam və fındıqda olan maqnezium stress hormonlarını tənzimləyir. Probiotik yoqurt bağırsaq florasını dəstəkləyərək beyin funksiyalarını sabit saxlayır. Qırmızı bibər C vitamini ilə zəngin olub stressə qarşı bədəni qoruyur.
Lavanda çayı və melissa çayı sakitləşdirici xüsusiyyətə malikdir. Balıq və xüsusilə somon stresə qarşı hormon balansını qoruyur. Su qəbulu da stresslə mübarizədə vacib rol oynayır. Gün ərzində qısa fasilələrlə sağlam qəlyanaltılar qəbul etmək stres səviyyəsini azaldır. Qidalanma psixoloji vəziyyətə birbaşa təsir edən faktordur.