Hər zaman vitrinləri bəzəyən gözəl rəngli konfetlərə rast gəlirik. Uşaqlar bunu xüsusilə sevirlər. Ancaq bədəninizə zərər verəcək komponentlər ehtiva etdiyi üçün çəkinmək lazımdır.

Şirniyyatlarda istifadə olunan süni boyalar xərçəng şişlərinin inkişafına səbəb ola bilər.

Eyni zamanda dadlandırıcılar da zərərli kateqoriyasına daxildir. Qarğıdalı unundan hazırlanan bu dadlandırıcılar piylənmə və diabetə səbəb ola bilər.

Şirniyyatların gec xarab olması üçün tərkibindəki bakteriyaların böyüməsinin qarşısını almaq üçün qida əlavələri istifadə olunur. Bu isə sağlamlığa birbaşa ziyandır. Odur ki, ən yaxşı seçim şirniyyatı evdə hazırlamaqdır.

Nərmin