Bir çox insan vaxt azlığı səbəbilə səhər yeməyini ötürür. Foodinfo.az xəbər verir ki, ABŞ-ın Harvard Universitetinin bəslənmə üzrə mütəxəssisi doktor Rachel Bennett “CNN Health”ə verdiyi açıqlamada bunun risklərindən danışıb. O bildirib ki, səhər yeməyi gün ərzində metabolizmin aktivliyinə birbaşa təsir edir. Yemək qəbulunun gec başlaması enerji balansını pozur və orqanizmdə yağ yığımını artırır. Bennett qeyd edib ki, səhər yeməyi atlanan insanlarda günorta və axşam daha çox yemək yeyilməsi müşahidə olunur. Bu isə uzun müddətdə artıq çəkiyə və insulin müqavimətinə səbəb olur.

Harvard Universitetində aparılan araşdırmada səhər yeməyi yeyənlərin metabolik göstəricilərində əhəmiyyətli fərqlər qeydə alınıb. Doktor həmçinin, balanslı səhər yeməyinin – protein, kompleks karbohidrat və liflə zəngin qidaların – önəmini vurğulayıb. Onun sözlərinə görə, yalnız kofe və ya şirin kruasanla səhər keçirmək sağlam sayılmır. Bennett valideynlərə uşaqlarda bu vərdişi kiçik yaşlardan formalaşdırmağı tövsiyə edir. O qeyd edib ki, səhər yeməyi həm də zehni fəaliyyətə müsbət təsir göstərir.