Manqo həm dadlı, həm də çox faydalı tropik meyvədir. Onun tərkibində bol miqdarda A, C, E, K vitaminləri, fol turşusu, lif və antioksidantlar var. Müntəzəm və ölçülü şəkildə istifadə edildikdə bir çox orqan sisteminə fayda verir.

Foodinfo.az manqonun faydalarını təqdim edir:

– İmmuniteti gücləndirir:

C vitamini və beta-karotenlə zəngin olduğu üçün orqanizmin müdafiə sistemini gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır.

– Dəriyə faydalıdır:

A və C vitaminləri kollagen istehsalını artıraraq dərinin elastikliyini və parlaqlığını qoruyur. Manqo həm də sızanaq və dəri quruluğuna qarşı faydalıdır.

– Həzm sistemini yaxşılaşdırır:

Lif və təbii fermentlərlə zəngin olduğuna görə bağırsaqları işlədər, qəbizliyi azaldar, həzmi asanlaşdırar.

– Göz sağlamlığını qoruyur:

Beta-karoten və A vitamini göz tor qişasını qoruyur, gecə görmə qabiliyyətini yaxşılaşdırır.

– Qan azlığına qarşı təsirlidir:

Tərkibindəki fol turşusu və dəmir qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir.

– Ürək sağlamlığına dəstək olur:

Kalium və lif ürək ritmini tənzimləyir, qan təzyiqini aşağı salır.

– Xroniki iltihabı azaldır:

Antioksidantlar (məsələn, mangiferin) hüceyrələri zədələnmədən qoruyur və iltihab əleyhinə təsir göstərir.

Çox miqdarda manqo yemək qan şəkərini sürətlə yüksəldə bilər, çünki tərkibində təbii şəkər boldur. Bu səbəblə şəkər xəstələri və artıq çəkidən əziyyət çəkənlər onu miqdarla yeməlidir.