Bir insanın gündəlik rasionuna 100-200 qram çiyələk əlavə etmək tövsiyə olunur. Belə bir miqdar bədənə zərər verməyəcək və hətta əksinə xeyri olacaq. Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Natalya Lazurenko məlumat verib.

Onun sözlərinə görə, hər hansı iltihabi proseslər və mədə-bağırsaq traktında dəyişikliklər çiyələklərin istifadəsinə əks göstərişdir.  Əgər allergik reaksiyanız varsa, çiyələk yeməməlisiniz.