ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən hazırlanmış təlimatlara əsasən, məhsul etiketlərini düzgün oxumaq sağlamlıq üçün vacibdir. Etiketdə enerji dəyəri, porsiya ölçüsü, tərkibindəki yağ, şəkər, natrium və allergenlərə diqqət yetirilməlidir.

Foodinfo.az bildirir ki, "WebMD"-nin yazdığına görə, etiket oxuma vərdişi həm kilo nəzarətində, həm də sağlam seçimlərdə həlledici rol oynayır. Qidalanma məlumatlarına əsaslanan seçimlər uzunmüddətli sağlam həyat tərzinin əsasını təşkil edir.