
İdmanla məşğul olan şəxslər üçün düzgün qidalanma performansa bilavasitə təsir edir. Foodinfo.az bildirir ki, ABŞ İdman Qidalanması Cəmiyyətinin (ISSN) rəyinə əsasən, səhər yeməyində kompleks karbohidrat və zülallar vacib rol oynayır. Ən ideal menyuya yulaf sıyığı, qaynadılmış yumurta, banan və badam südü daxildir.
"Men's Health" jurnalında yayımlanan məqalədə bildirilir ki, səhər yeməyi idmandan ən az 1 saat əvvəl qəbul olunmalıdır. Şəkərli qidalar əzələ yorğunluğunu artırır və performansı zəiflədir. Zülal və karbohidrat balansı isə əzələ toxumasının bərpası üçün mühümdür.