Son illər qlüten tərkibli məhsullardan uzaq durmaq bir tendensiyaya çevrilib. Foodinfo.az bildirir ki, diyetoloq Lauren Adams qlütenə qarşı bu yanaşmanı şərh edib. O bildirir ki, həqiqi qlüten dözümsüzlüyü – seliakiya xəstəliyi – əhalinin yalnız kiçik faizində rast gəlinir. Əksər insanlar üçün isə buğda, arpa və çovdar məhsulları təhlükə yaratmır.

Adams qeyd edir ki, qlüteni səbəbsiz yerə həyatımızdan çıxarmaq bəzi faydalı vitamin və mineralların az qəbuluna gətirib çıxara bilər. O bildirir ki, yalnız həkim tövsiyəsi ilə və diaqnostik analizlər əsasında qlütensiz pəhrizə keçmək doğrudur. Mütəxəssis həmçinin qeyd edir ki, psixoloji təsirlə “sağlam qidalanıram” düşüncəsi bəzən obyektiv nəticələr verməyə bilər. Ona görə də bu mövzuda maariflənmək vacibdir.