
Bir çox insan səhər acqarına sirkəli su içməyi faydalı hesab edir. Foodinfo.az bildirir ki, funksional qidalanma üzrə mütəxəssis Monica Ellis bu vərdişin təhlükələrinə diqqət çəkib. Onun sözlərinə görə, yüksək turşulu sirkə acqarına qəbul edildikdə mədə divarını zədələyə bilər.
Bu, mədə turşuluğu, qastrit və ya xoraya səbəb ola bilər. Ellis qeyd edir ki, həssas mədə sistemi olan insanlar bu vərdişdən uzaq durmalıdır. Sirkənin istifadəsi yalnız yeməklərlə birlikdə, az miqdarda və su ilə qarışdırılmış şəkildə tövsiyə olunur. Mütəxəssis bildirir ki, internetdə yayılan “sirklə arıqlama” iddiaları elmi əsaslara söykənmir. Ən sağlam yol balanslı və təbii qidalanmadır.