Cleveland Clinic-ə görə, bədənin maye balansının pozulması baş ağrısı, diqqət dağınıqlığı, qəbizlik və halsızlıq kimi əlamətlərlə müşayiət oluna bilər. Foodinfo.az bildirir ki, Mayo Clinic-in məlumatına görə, bir insanın gündəlik su ehtiyacı təxminən 2–2.5 litrdir. Xüsusilə isti havalarda və aktiv fiziki fəaliyyət zamanı bu miqdar artırılmalıdır.

Qəhvə və qazlı içkilər orqanizmi susuzlaşdırdığı üçün əsas maye mənbəyi kimi təmiz suya üstünlük verilməlidir. Su həmçinin böyrək funksiyalarını dəstəkləyir və metabolizmanı sürətləndirir.