World Health Organization (WHO) və American Heart Association bildirir ki, həddindən artıq şəkər istehlakı piylənmə, insulin dirənci, ürək xəstəlikləri və II tip diabet riskini artırır. Foodinfo.az xəbər verir ki, yetkin bir insan üçün gündəlik şəkər istehlakı 25 qramla məhdudlaşdırılmalıdır.

"Medical News Today"-ə görə, şəkərin əsas mənbələri qazlı içkilər, konfetlər və hazır desertlərdir. Təbii alternativlərə, məsələn, meyvələrə və quru meyvələrə üstünlük verilməsi məsləhətdir.