Balqabaq balı qaraciyəriniz üçün əsl balzamdır, o, həm də həzmi yaxşılaşdırır və işlətmə təsirinə malikdir.

Balqabaq balının qəbulu piylənmə, böyrək və sidik kisəsi xəstəliklərində məsləhət görülür.

Foodinfo.az Sağlamolun.az-a istinadən balqabaq balının hazırlanma qaydasını təqdim edir:

Balqabaq balı etmək üçün bir balqabaq götürmək, üstünu kəsmək və bütün içini çıxarmaq lazımdır.

Sonra balqabağa ağzına qədər şəkər tökmək, əvvəllər kəsilmiş üstü ilə örtmək lazımdır.

Balqabaq qabığı yumşaq olana qədər gözləyin.

Bundan sonra, balqabağın bütün məzmununu bir bankaya tökün.

Bu balqabaq balıdır. Soyuducuda saxlanmalıdır.

Balqabaq balı istənilən miqdarda və istənilən vaxt yeyilə bilər.