
Hər gün 2 diş çiy sarımsaq yeməyin faydaları çox sayda elmi tədqiqatlarla təsdiqlənib. Sarımsaq həm qədim zamanlardan təbii dərman kimi istifadə olunur, həm də müasir sağlamlıq üçün çox önəmli qida mənbəyidir.
Foodinfo.az hər gün 2 diş çiy sarımsaq yeməyin faydalarını təqdim edir:
1. Təbii antibiotik və antibakterial təsiri
Sarımsaqda olan allisin maddəsi güclü antibakterial və antiviral xüsusiyyətlərə malikdir. Bu, orqanizmi infeksiyalardan, xüsusilə soyuqdəymə və qripdən qorumağa kömək edir.
2. Ürək-damar sağlamlığını dəstəkləyir
Qan dövranını yaxşılaşdırır, xolesterolu və təzyiqi tənzimləyir. Bu, infarkt, insult və digər ürək xəstəlikləri riskini azaldır.
3. İmmuniteti gücləndirir
Orqanizmin müdafiə sistemini aktivləşdirir, xəstəliklərə qarşı müqaviməti artırır.
4. Qan şəkərinin tənzimlənməsinə kömək edir
Tip 2 diabet riskini azaldan və qan şəkərini stabilləşdirən təsirləri var.
5. Antioksidant və iltihab əleyhinə xüsusiyyətləri
Sarımsaq hüceyrələri sərbəst radikallardan qoruyur, qocalma prosesini yavaşladır. İltihabi prosesləri azaldır, artrit və digər xroniki xəstəliklərin riskini aşağı salır.
6. Xərçəng riskini azaldır
Bəzi tədqiqatlar göstərir ki, sarımsaq bəzi xərçəng növlərinin (mədə, bağırsaq, prostat) yaranma riskini azalda bilər.
Həddən artıq sarımsaq mədə-bağırsaq narahatlığı verə bilər, ona görə gündə 2 dişi keçməmək məsləhətdir.
Qan sulandırıcı dərmanlar qəbul edənlər və ya xüsusi xəstəlikləri olanlar həkimlə məsləhətləşməlidir.