Yulaf yarması sağlam səhər yeməyi kimi ürək və damar sistemi üçün əvəzolunmaz qidadır. Foodinfo.az bildirir ki, bu barədə qidalanma eksperti Svetlana Fisun məlumat verib. Onun sözlərinə görə, yulaf beta-qlükan adlı faydalı liflə zəngindir. Bu maddə qanda xolesterini azaldaraq damarların təmiz qalmasına kömək edir.

“Yulaf yarması uzunmüddətli toxluq hissi yaradır və şəkər səviyyəsini balansda saxlayır”, – deyə mütəxəssis qeyd edib. O bildirib ki, səhərlər 200 qram su və ya südlə bişirilmiş yulaf ideal seçimdir. Həmçinin, bağırsaq fəaliyyətini yaxşılaşdıraraq həzmi tənzimləyir. Yulaf stres hormonlarını azaldır və günə pozitiv başlamağa imkan verir.

Mütəxəssislər şəkərsiz və təbii əlavə olunmamış halda qəbulunu tövsiyə edir. Uzunömürlü və sağlam həyat üçün bu sadə seçim əvəzsizdir.