Alma C vitamini və antioksidantlarla zəngin olduğu üçün gündəlik istehlak immun sisteminin güclənməsinə kömək edir. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Olqa Dekker “AiF” portalına danışıb.
Onun sözlərinə görə, almanın tərkibindəki pektin maddəsi bağırsaq mikroflorasını balanslaşdıraraq ümumi sağlamlığı dəstəkləyir. “Alma qanda xolesterin səviyyəsinin azalmasına və ürək-damar sisteminin qorunmasına da töhfə verir”, – deyə mütəxəssis bildirib. Dekker qeyd edib ki, xüsusilə mövsümündə yığılan, dərisi ilə birlikdə yeyilən almalar daha faydalıdır.
Almanı səhərlər və ya qəlyanaltı vaxtı qəbul etmək, şəkərin və enerjinin təbii şəkildə artmasına səbəb olur.