Yumurta çox yaxşı protein mənbəyidir (1 ədəd orta ölçülü yumurtada təxminən 6-7 qram zülal var), amma yumurtadan da çox protein ehtiva edən "super qidalar" var. 

1. Toyuq döş əti 

Zülal miqdarı 100 qramında təxminən 31 qramdır. Yağsız və yüksək keyfiyyətli zülal qaynağıdır. Əzələ bərpası, toxluq hissi və metabolizmin sürətlənməsi üçün ideal məhsuldur.

2. Balıq (xüsusilə tuna və somon)

100 qramda 22–25 qram zülal var. Zülalla yanaşı omeqa-3 yağ turşuları, D vitamini və selenium ilə zəngindir. Saç, dəri, ürək və beyin üçün faydalıdır.

3. Qırmızı mərci

Bişməmiş mərcinin 100 qramında 24-26 qram, bişmişdə təxminən 9 qram zülal olur. Bitki mənşəli, liflə zəngin, demək olar ki, yağsız və veqanlar üçün əla protein mənbəyidir.

4. Kəsmik

Zülal miqdarı100 qramında 11–14 qram zülal təşkil edir. Kalsiumla zəngindir, əzələ qurulmasına kömək edir və uzun müddət tox saxlayır.

Qara lobya, kinoa, çia toxumu və noxud da zülalla zəngindir və bitki mənşəli alternativlərdir.