
B3 vitamini (niasin və ya nikotinik turşu) bədənimiz üçün vacib olan suda həll olunan bir vitamindir. Enerji istehsalında, sinir sisteminin işləməsində və dəri sağlamlığında mühüm rol oynayır.
Foodinfo.az B3 vitamininin ən çox olduğu mənbələri təqdim edir:
1. Ət məhsulları
- Toyuq döş əti
- Mal əti
- Qaraciyər (xüsusilə mal və toyuq qaraciyəri)
Bu qidalar həm də yüksək keyfiyyətli zülal mənbəyidir.
2. Balıq
- Ton balığı
- Somon
- Skumbriya
Balıqlarda həm niasin, həm də omeqa-3 yağ turşuları var.
3. Qoz-fındıq və toxumlar
- Yer fındığı
- Günəbaxan tumu
- Küncüt və çia toxumu
4. Tam taxıl məhsulları
- Yulaf
- Kəpəkli çörək
- Qəhvəyi düyü
- Bulqur və kinoa
Rafinə olunmuş (ağ) un məhsullarında B3 vitamini çox azdır, çünki təmizləmə zamanı lif və vitaminlər itir.
5. Yumurta və süd məhsulları
Az miqdarda niasin ehtiva etsə də, B3 vitamini öncülləri olan triptofan adlı amin turşusu ilə zəngindir. Bədən bu maddədən niasin sintez edə bilir.
6. Paxlalılar və tərəvəzlər
- Quru lobya
- Noxud
- Mərci
- Kartof
- Brokoli
- Göbələk
Xüsusilə vegeterianlar üçün əhəmiyyətli mənbələrdir.