
Napoleon tortu qat-qat xəmirdən və yumşaq kremlə hazırlanan, klassik və çox sevilən tortdur. Həm dadı, həm də görünüşü ilə süfrələrinin ulduzu sayılır.
Foodinfo.az napoleon tortunun reseptini təqdim edir:
Xəmir üçün lazım olanlar:
- 200 qram kərə yağı (soyuq)
- 2 ədəd yumurta
- 100 ml soyuq su
- 1 xörək qaşığı sirkə
- 1 çimdik duz
- 3,5 – 4 stəkan un (ələnmiş)
Krem üçün lazım olanlar:
- 1 litr süd
- 2 yumurta
- 1 stəkan şəkər
- 3 xörək qaşığı un
- 1 paket vanilin
- 200 qram kərə yağı (otaq temperaturunda)
1. Xəmirin hazırlanması:
- Unu və rəndələnmiş soyuq kərə yağını ovalayaraq qum kimi qarışıq alın.
- Başqa qabda yumurta, sirkə, su və duzu qarışdırın.
- Mayeni una əlavə edib, yumşaq xəmir yoğurun.
- Xəmiri 8-10 bərabər hissəyə bölün, kündələyin və 30 dəqiqə soyuducuda saxlayın.
2. Korjların bişirilməsi:
- Hər kündəni nazik yayaraq dairəvi formada kəsin (məsələn, boşqabla).
- 180°C-də əvvəlcədən qızdırılmış sobada hər korju 5-7 dəqiqə bişirin.
- Artıq kənar hissələri sonda ovulub tortun üstünə səpiləcək.
3. Krem hazırlanması:
- Süd, yumurta, şəkər, un və vanilini bir qabda qarışdırıb zəif odda bişirin.
- Qatılaşanda ocaqdan götürün və soyudun.
- Soyumuş kremə yumşaq kərə yağı əlavə edib mikserlə çalın.
4. Tortun yığılması:
- Hər korjun arasına bol krem çəkin.
- Üstünü və kənarlarını da krem ilə örtün.
- Əzilmiş korj qalıqları və ya xırda biskvit tozu ilə bəzəyin.
- Soyuducuda 8-12 saat saxlayın ki, yumşalsın.