Çörəyin kiflənmiş hissəsini qoparıb yeyənləri böyük təhlükə gözləyir. Bu vəziyyət sağlamlığa son dərəcə mənfi təsir göstərir. 

Çörəyin üzərində kif əmələ gəlməyə başlasa belə, bir çoxumuz kiflənmiş hissəsini qoparıb, qalanını yeyirik. Kif milyonlarla zəhər və toksin ifraz edir. Kif dəri hüceyrələrini də əhatə edərək dermatit, ekzema, allergiya, civzə yarada bilir. Hətta kifli çörəyi iyləmək belə burunla kif göbələyinin içəri keçməsinə şərait yaradılır.

Kif əmələ gəlməsi adi gözlə görülməyən mikroorqanizmlərdən ibarət olsa da, bu mikroorqanizmlər bütün çörəyi əhatə edir. Kifin ən çox göründüyü yeri qoparıb çörəyi yeməyə davam etmək son dərəcə zərərlidir. Çörəyinizin kifləməyə başladığını görəndə mütləq həmin çörəyi istehlak etməyi dayandırmalısınız.

Bu vəziyyətin qarşısını almaq üçün gündəlik və ehtiyacınız olduğu qədər çörək almağınız tövsiyə edilir.