Təbii lif və A vitamini ilə zəngin olan ərik yay aylarında orqanizmi tənzimləyən meyvələrdən sayılır. Foodinfo.az bildirir ki, ərik bağırsaq hərəkətlərini gücləndirərək qəbizlik probleminə qarşı təsirli nəticə verir. 

Göz sağlamlığını qorumağa yardım edən beta-karotenlərlə zəngin olan bu meyvə eyni zamanda immunitet sistemini də dəstəkləyir. Həddindən artıq istehlakı isə həzm problemlərinə, xüsusilə qıcqırma və qaz yaranmasına səbəb ola bilər. 

Qurudulmuş əriklərdə şəkər miqdarı daha yüksək olduğundan şəkər xəstələri üçün riskli ola bilər. Təzə ərikləri səhər saatlarında və ya günorta yeməyindən əvvəl yemək faydanı artırır. Tərkibindəki kalium sayəsində təzyiqin tənzimlənməsinə yardım edir. 

Təbii yollarla yetişdirilən, pestisid tətbiq olunmamış əriklər daha təhlükəsizdir. Soyuducuda yuyulmadan saxlanması daha məqsədəuyğundur. Allergiyası olan şəxslər ehtiyatlı olmalı və həkim məsləhəti ilə istehlak etməlidir. Ərik düzgün miqdarda qəbul olunduqda bədənin bir çox sistemində balans yaradır.