“Meyvə istehsalı bizdə artır və artacaq. Xurma ixracı keçən il 90 milyon dollar səviyyəsində olub. 2016-2017-ci illərdə 800 hektarda yeni xurma bağları salınıb”.
Foodinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.
Dövlət başçısı bildirib ki, iki il ərzində 1800 hektarda nar bağları salınıb: “Ona görə xurma, nar istehsalı artacaq və artmalıdır. İntensiv bağçılığa çox böyük diqqət göstərilir. Alma bağları da sürətlə genişlənir və bu da ixrac üçün çox önəmli sahəyə çevrilib”.