Fevralın 7-dən 9-dək Almaniyanın Berlin şəhərində "Fruit Logistica" meyvə-tərəvəz Sərgisi keçiriləcək. İqtisadiyyat Nazirliyindən Foodinfo.az-a verilən məlumata görə, Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgidə dünyanın 84 ölkəsindən 3000-dən çox şirkətin iştirak edəcəyi nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim ediləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, "Fruit Logistica" meyvə-tərəvəz sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır. Kərim/Foodinfo.az