İstifadə müddəti bitmiş məhsullarda infeksiyaya səbəb olan zərərli mikroorqanizmlər ola bilər. Zahirən belə yemək normal görünsə də, onu nə çiy, nə qaynadılmış, nə də qızardılmış halda yemək olmaz. 

Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya qastroenteroloq, "Hemotest" laboratoriyasının eksperti Yekaterina Kaşux məlumat verib.

Onun sözlərinə görə, zülal mənşəli məhsullar ən təhlükəlidir: sosis, kolbasa, pendir, yumurta, yarımfabrikat ət məhsulları. Vaxtı keçmiş belə məhsulların istifadəsi qarın ağrısı, qusma, ishal və qızdırma ilə özünü göstərən ciddi zəhərlənməyə səbəb ola bilər.


Zəhərlənmənin səbəbi hətta bayat çörək də ola bilər. Bu vəziyyətdə diqqətsizlik baş ağrısı, ürəkbulanma və ağır intoksikasiya ilə nəticələnə bilər. Çünki kif göbələklərinin ayaqları dərinə nüfuz edir və vizual olaraq nəzərə çarpan kifli hissəni kəssəniz belə, onlardan xilas olmaq mümkün deyil.

Fərid