Avropa Komissiyasının sağlamlıq və təhlükəsizlik bölməsi Uruqvay və Argentinada at ətinin ixracına nəzarəti araşdıran iki qiymətləndirmənin nəticələrini dərc edib.

Foodinfo.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, hesabatda 2020, 2021 və 2022-ci illərdə AB-yə at əti ixracı mvafiq olaraq 3363, 4356 və 3301 ton olub. Bu həcmlər Uruqvayı Avropaya ikinci ən böyük ixracatçı edir.

Audit müəyyən edib ki, nəzarət sistemi kəsimdən əvvəlli  əhatə edir, lakin təsərrüfat və baytarlıq dərmanlarının istifadəsi haqqında məlumat əldə etmir.

Hesabatda mənşəyi məlum olmayan atlar, habelə Braziliyadan at qaçaqmalçılığı ilə bağlı polis araşdırması ilə bağlı mediada yayılan xəbərlər öz əksini tapıb. Bu, isə izlənilmə sisteminin möhkəmliyi ilə bağlı narahatlıq doğurur. Bundan başqa standartlara uyğun olmayan bir sıra başqa faktlar da aşkar edilib. Nəticədə AB qaydalarına əməl olunmasına zəmanət verilə bilməyəcəyi üçün Uruqvay və Argentinadan at əti idxalının dayandırılmalı olduğunu bildirilib.

Fərid