Balın insan sağlamlığı üçün faydaları çox vaxt həddindən artıq qiymətləndirilir. Foodinfo.az xəbər verir ki, bu barədə “Sağlam qidalanma” Elmi-Tədqiqat Mərkəzinin direktoru, dietoloq və qastroenteroloq Nuriyə Diyanova açıqlama verib.

Onun sözlərinə görə, balın tərkibində olan arı südü, propolis və digər faydalı maddələr çox az miqdarda mövcuddur. Buna görə də onların real təsiri haqqında danışarkən mübaliğədən qaçmaq lazımdır.

Diyetoloq qeyd edib ki, balı şəkərə alternativ kimi qəbul etmək olar, lakin bu zaman xərclər xeyli artır. Onun fikrincə, daha sağlam seçim ya ümumiyyətlə şəkərdən imtina etmək, ya da onu təbii meyvələrlə əvəzləməkdir.

Digər mütəxəssis, həkim-diyetoloq Mariyat Muxina isə bildirib ki, böyüklər gündə bir xörək qaşığından artıq bal qəbul etməməlidirlər.

O, həmçinin balın soyuq halda istifadəsini məsləhət görüb. Çünki isti südə və ya çaya əlavə edildikdə onun tərkibindəki antioksidantlar və vitaminlər məhv olur.