Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağdaş rayonu, H. Əliyev prospekti B/84 ünvanında fəaliyyət göstərən, sahibkar Mustafayev Pərviz Vilayət oğluna məxsus baytarlıq aptekində keçirdiyi yoxlama zamanı sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, həmçinin son istifadə tarixi bitmiş, üzərində ilkin istehsal və son istifadə müddəti qeyd olunmayan baytarlıq preparatları aşkar edilib.
AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, aşkar edilmiş qanunsuz hallarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir.