Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) dünyanın ən nüfuzlu işgüzar mükafatı olan “EY İlin İş Adamı” 2022-2023 proqramını dəstəkləyəcək. Bu, yüksək potensiala malik kiçik və orta sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurları nümayiş etdirməklə başqalarını ilhamlandırmaq məqsədinə xidmət edən unikal bir qlobal proqramdır. Azərbaycanda artıq dördüncü ildir ki, bu tanınmış müsabiqə audit və konsaltinq üzrə beynəlxalq liderlərdən biri olan EY (keçmişdə Ernst & Young) şirkəti tərəfindən keçirilir. Bu il Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Bankı (ABB) və bp ilə yanaşı bu proqrama maliyyə dəstəyi göstərəcək. Veysəloğlu Şirkətlər Qrupunun biznes fəlsəfəsi bütün maraqlı tərəflər üçün dəyər yaratmaq və insanların sosial-iqtisadi inkişafına töhfə verməkdir. VŞQ “EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməklə sahibkarlıq ruhunun cəsarətləndirilməsinə və sahibkarları mükafatlandırmaqla icmaların, ölkələrin və ümumiyyətlə, dünyada insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına fayda verəcəyinə ümid edir.