"USA Today" qəzetində dərc olunan məqalədə deyilir ki, McDonalds gələn ilin sonuna qədər ABŞ-da CosMc's brendi altında kiçik kafelər şəbəkəsi açmağı planlaşdırır.

Bildirilir ki, əvvəlcə on kafenin işə salınması planlaşdırılır, bundan sonra şirkət şəbəkəni inkişaf etdirməklə bağlı qərar vermək üçün bir il ərzində məlumatları təhlil edəcək.

McDonald's-ın baş direktoru Chris Kempczinski nikbin olduğunu və yaxşı performansını nəzərə alaraq bir çox ölkədə kafe açmağı planlaşdırdığını deyir.

CosMc's McDonald's menyusunu satacaq, lakin əsas diqqəti qəhvə, donuts və sendviçlərə yönəldəcək.