Bu həftə ərzində “Mc Donalds” ABŞ-də müvəqqəti olaraq ofislərini bağlayacaq.

Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir.

Sözügedən qərarın şirkətin əməkdaşlarını ixtisar etmək planları ilə bağlı olduğu bildirilir:

“3 apreldən başlayan həftə ərzində təşkilatımızın işçilərinin rolu və sayı barədə mühüm qərarları elan edəcəyik”.

WSJ nəşri iddia edir ki, kompaniya kadrlarla bağlı qərarı “virtual” vermək üçün əməkdaşların uzaqdan iş rejiminə keçməsini istəyib.

Fərid