“Lerik Broyler” MMC “Azərişıq” ASC-ni məhkəməyə verib. Foodinfo.az xəbər verir ki, şirkət ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi qətnaməni qismən ləğv edib. İşə Ali Məhkəmədə baxılır. Qeyd edək ki, Azərbaycanın ən iri quşculuq müəssisələrindən biri olan “Lerik Broyler” MMC-nin məhsulları “Lebro” brendi ilə satışa çıxarılır. İstehsalat mərkəzi Lerik rayonunun Piran kəndində yerləşən şirkətin baş ofisi Bakı şəhərindədir. Foodinfo.az