"Bazarstore" supermarketlər şəbəkəsinin mağazasından alınan çörəyin içindən əlcəyin baş barmağı çıxıb. Bu barədə Foodinfo.az-a məlumat verən jurnalist Rüfət Nadirli bildirib ki, ötən gün Xırdalanda yerləşən "Bazarstore" marketindən çörək alıb. Evə gətirib çörəyi kəsdikdə içində gördükləri onu dəhşətə gətirib: "Çörəyin içində əlcəyin baş barmağı çıxdı. Ən dəhşətli məqam isə budur ki, balaca qızımın ağzından həmin əlcəyin müəyyən hissəsini çıxardım. Bu qədər məsuliyyətsizlik olmaz axı..." Rüfət Nadirli hadisə ilə bağlı  "Bazarstore"a öz etirazını bildirib və belə bir halın olmasından dəhşətə gəldiyini deyib: ""Bazarstore"un Xırdalandakı marketinin yerləşən rəhbərliyi  faktı təsdiq edərək üzrxahlıq etdi. Bildirildi ki, bu gündən çörək bişirənlər əlcəkdən istifadə etməyəcək". R.Nadirli həmçinin qeyd edib ki, məsələni ictimailəşdirməkdə kiminsə çörəyinə bais olub işdən çıxartdırmaq deyil: "Sadəcə, sabah kiminsə də başına belə bir oxşar hadisə gələr və bunun nəticəsi çox ağır olar". Rufat Nadirli adlı şəxsin şəkli. Rufat Nadirli adlı şəxsin şəkli. Rufat Nadirli adlı şəxsin şəkli.Rufat Nadirli adlı şəxsin şəkli.